EN

Keçən il Qaziantep hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin dekbar ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 3 milyon 72 min 205 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq, 2 milyon 605 min 368 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 466 min 837 nəfər təşkil edib.

2025-ci ilin dekabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 31 min 374 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 22 min 741 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 8 min 633 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin dekabr ayı ilə müqayisədə 12 faiz artaraq, 28 min 524 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz artaraq, 25 min 286 beynəlxalq reyslər üzrə isə 25 faiz azalaraq 3 min 238 olub.

2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Chosen
6
8
turkic.world

10Sources