EN

Trump və NATO Baş Katibi Rutte arasında Qrenlandiya görüşünün detalları açıqlanıb

ABŞ Prezidenti Donald Trump ilə NATO Baş Katibi Mark Rutte arasında Qrenlandiya məsələsi ilə bağlı görüşün detalları açıqlanıb.

Editor.az xəbər verir ki, Reuters agentliyinin NATO-dakı bir sözçüsünə istinadən yaydığı məlumata görə, Rutte Davosda Trump ilə keçirdiyi görüşdə adanın suverenliyi ilə bağlı heç bir güzəşt təklif etməyib. Agentlik yazır ki, görüşdə adanın və Arktik bölgəsinin gələcəkdəki statusu ilə bağlı ilkin müzakirələr aparılıb, lakin suverenlik məsələsində razılıq əldə olunmayıb.

Qeyd edək ki, 22 yanvar 2026-cı il tarixində Trump Rutte ilə Qrenlandiya ilə bağlı bir anlaşmanın əldə olunduğunu açıqlamışdı. ABŞ liderinin sözlərinə görə, görüş “səmərəli” keçib və ada ilə bütün Arktik regionunu əhatə edən gələcək razılaşmanın əsası qoyulub.

Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Trump daha əvvəl dəfələrlə adanın Amerika dövlətinə məxsus olması ideyasını müdafiə edib. 5 yanvar tarixində isə ABŞ Prezidenti ölkəsinin milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiya üzərində nəzarət planlarını açıqlamışdı.

 

//Gülnarə Abasova, Editor.az

Chosen
96
editor.az

1Sources