EN

Ronaldo karyerasının 960-cı qolunu vurdu


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo karyerasının 960-cı qolunu vurub.
Yeniavaz.com
xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Premyer Liqasının 17-ci turunda “Damak”la oyunda qol vurub. Belə ki, portuqaliyalı hücumşu 50-ci dəqiqədə Joau Feliksin ötürməsi ilə fərqlənib.
Matç “Əl-Nəsr”in 2-1 hesablı qələbəsi ilə başa çatıb və Ronaldonun qolu qələbə qolu olub.
Hazırda “Əl-Nəsr” klubu 16 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 37 xalla üçüncü yerdədir.
Qeyd edək ki, Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 900 qola çatan ilk futboçudur. O, beş Çempionlar Liqası, 2016-cı il Avropa çempionatı və iki UEFA Millətlər Liqası titulunu qazanıb.
Chosen
131
42
yeniavaz.com

10Sources