Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli qatlanan cib bıçaqlarının satışının qadağan edilməsini təklif edib.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, o, həmin bıçaqların daha çox yeniyetmə və gənclər üçün maraqlı olduğunu bildirib:
"Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur".
Telegram kanalımız