Bakı, 22 yanvar, AZƏRTAC
NTD klubu yeni basketbolçu ilə güclənib.
Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, avstraliyalı oyun qurucusu Cessi Gi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
30 yaşlı basketbolçu son olaraq Avstraliyanın “Diamond Valley Eaqles” klubunun şərəfini qoruyub.
Xatırladaq ki, Cessi Gi 2023/2024-cü illər mövsümündə ölkəmizdə “Xırdalan” klubunda çıxış edib.