AZ

Avstraliyalı basketbolçu yenidən Azərbaycanda çıxış edəcək

Bakı, 22 yanvar, AZƏRTAC

NTD klubu yeni basketbolçu ilə güclənib.

Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, avstraliyalı oyun qurucusu Cessi Gi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

30 yaşlı basketbolçu son olaraq Avstraliyanın “Diamond Valley Eaqles” klubunun şərəfini qoruyub.

Xatırladaq ki, Cessi Gi 2023/2024-cü illər mövsümündə ölkəmizdə “Xırdalan” klubunda çıxış edib.

Seçilən
102
1
azertag.az

2Mənbələr