EN

Ötən il əlilliyi olan 44 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

2025-ci ilin sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində 2025-ci ildə əlilliyi olan 44,1 min uşağa xidmətlər göstərilib.

Onlardan 29,4 mini ambulator, 2,2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Chosen
48
7
qht.az

8Sources