AZ

On bir ayda əlilliyi olan 40 min 600 uşağa reabilitasiya xidmətləri göstərilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 40 min 600 uşağa xidmətlər göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 27 min 400-ü ambulator, 2 mini stasionar, digərləri icmaəsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Seçilən
44
3
azerbaijan-news.az

4Mənbələr