Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu olan Murad Səlifov 1989-cu il yanvarın 21-də Göytəpə şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Murad Səlifov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!