EN

Tramp hər bir Qrenlandiya sakininə 1 milyon dollar təklif edəcək

ABŞ lideri Donald Tramp Qrenlandiya sakinlərinə ABŞ-yə birləşmənin lehinə səs verəcəkləri təqdirdə hər birinə 1 milyon dollar təklif etməyi nəzərdən keçirir.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin yazdığına görə, NATO rəsmiləri Danimarkanın ABŞ-yə Qrenlandiyada “ərazinin kiçik hissələrini” verməsini nəzərdə tutan sazişi müzakirə ediblər. Həmin ərazilərdə ABŞ hərbi bazalar tikə bilər.

“Axios” mənbələrinin məlumatına görə, Tramp ilə NATO-nun baş katibi Mark Rüttenin yanvarın 21-də müzakirə etdiyi Qrenlandiya üzrə çərçivə razılaşması Danimarkanın ada üzərində suverenliyinə hörmət prinsipini ehtiva edir. Rütte ilə danışıqlardan sonra Tramp bildirib ki, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə fevralın 1-dən səkkiz Avropa müttəfiqinə gömrük rüsumları tətbiq etməyəcək. Onun sözlərinə görə, əgər razılaşma Rütte tərəfindən müzakirə edilən şərtlərlə əldə olunarsa, “Qrenlandiya böhranı” tam şəkildə həll ediləcək.

Chosen
74
50
azpost.info

10Sources