AZ

Tramp–Rutte Qrenlandiya razılaşmasının detalları açıqlanıb

ABŞ Prezidenti Donald Trump və NATO-nun baş katibi Mark Rutte arasında Davosda əldə olunan Qrenlandiya üzrə çərçivə razılaşması bir sıra mühüm müddəaları əhatə edir.

Editor.az The Times qəzetinin mənbələrə istinadla yaydığı məlumata görə xəbər verir ki, razılaşmanın əsas bəndlərindən biri Qrenlandiyaya Rusiya və Çin mənşəli maliyyə vəsaitlərinin daxil olmasının qadağan edilməsi ilə bağlıdır. Sənəddə, həmçinin adada NATO-nun komanda mərkəzinin yaradılması, ABŞ-ın yerli mineral resurslara çıxış əldə etməsi və Vaşinqtona xüsusi güzəştlərin tətbiqi məsələləri də yer alıb.

Qeyd edək ki, yanvarın 22-də Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ilə bağlı razılığa gəldiklərini açıqlayıb. ABŞ Prezidentinin sözlərinə görə, bu görüş Qrenlandiya və ümumilikdə Arktika bölgəsinin gələcəyi ilə bağlı mümkün daha geniş razılaşma üçün əsas yaradıb.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
50
editor.az

10Mənbələr