Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Auditorlar Palatasının üzvü olan 3 auditor təşkilatının və 2 sərbəst auditorun fəaliyyəti dayandırılıb.Bu barədə "Report"a Palatadan bildirilib.Məlumata görə, buna səbəb bazar iştirakçılarının üzvlük haqqı üzrə yaranmış borclarını tam ödəməmələridir. Odur ki, "Bakı Audit" (direktor: Tofiq Çıraqov), "MRİ-AZ Audit" (direktor: Akif Rzayev) və "Trend Audit" (direktor: Səbrin Həbibzadə) MMC-lər, eləcə də Sabir Novruzov və Zəki Zəkiyev audit xidməti göstərə bilməyəcəklər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.