AZ

Azərbaycanda 5 auditorun fəaliyyəti dayandırılıb

Auditorlar Palatasının üzvü olan 3 auditor təşkilatının və 2 sərbəst auditorun fəaliyyəti dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Məlumata görə, buna səbəb bazar iştirakçılarının üzvlük haqqı üzrə yaranmış borclarını tam ödəməmələridir. Odur ki, "Bakı Audit" (direktor: Tofiq Çıraqov), "MRİ-AZ Audit" (direktor: Akif Rzayev) və "Trend Audit" (direktor: Səbrin Həbibzadə) MMC-lər, eləcə də Sabir Novruzov və Zəki Zəkiyev audit xidməti göstərə bilməyəcəklər.

"Cebheinfo.az"

Seçilən
82
1
cebheinfo.az

2Mənbələr