EN

Böyük Britaniya “Sülh Şurası”na qoşulmaqdan imtinaETDİ

Böyük Britaniya “Sülh Şurası”nın yaradılması ilə bağlı sənədlərin imzalanması mərasimində iştirak etməyəcək və təşkilatda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bağlı narahatlığını ifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər naziri İvett Kuper açıqlama verib.

Kuper bildirib ki, Londonda ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülhün bərqərar olunması planı dəstəklənir. Lakin o, ölkənin “Sülh Şurası”na qoşulub-qoşulmayacağı sualına birbaşa cavab verməyib.

Xarici İşlər naziri qeyd edib: "Önümüzdə böyük iş həcmi var və bu gün imzalanan sənədlərin arasında olmayacağıq, çünki söhbət daha geniş hüquqi məsələləri əhatə edən müqavilədən gedir. Eyni zamanda Putinin sülhə dair öhdəlikləri yerinə yetirəcəyinə dair heç bir əlamət görmədiyimiz üçün onun iştirakından narahatıq".

Nuriyyə NATİQQIZI

Chosen
81
4
redaktor.az

7Sources