EN

Sumqayıtda satıcının malları qanuni MÜSADİRƏ EDİLİB?

Yazını böyüt
Yazını kiçilt

Son günlər Sumqayıt şəhərində aparılan küçə ticarəti reydi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Reyd zamanı özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxs satıcıya “səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil” ifadəsini işlədərək malları müsadirə edib. Videolar sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər nümayəndənin davranışını tənqid ediblər.

Bəs, bu addım nə dərəcədə doğrudur? Məmurun belə bir hüququ varmı? Müsadirə olunan mal hara gedir?

Hüquqşünaslar bildirirlər ki, icazəsiz küçə ticarəti qanunla qadağandır və dövlət əməkdaşlarının belə hallarda malları müsadirə etmək hüququ vardır. Lakin hüquqi prosedur aydın şəkildə müəyyən olunub: hər bir müsadirə əməliyyatı protokolla sənədləşdirilməli, satıcının müdafiə hüquqları təmin olunmalıdır. Müsadirə olunan mallar qanunla müəyyən edilmiş qaydada dövlət orqanlarının nəzarətinə götürülür, bəzən məhv edilir, bəzən isə satışa çıxarıla bilər.

Mövzu ilə bağlı hüquqşünas Ruslan Vəliyev hafta.az-a açıqlamasında bildirib ki, Sumqayıt reydində malların müsadirəsi qanuni çərçivədə baş verə bilər: “Lakin burada bir neçə vacib məqamı nəzərə almaq lazımdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və “Ticarət fəaliyyəti” haqqında qanun icazəsiz küçə ticarətinə qarşı tədbirləri tənzimləyir. Müsadirə yalnız qanunsuzluq sübut olunduqda, protokol əsasında həyata keçirilir. Protokolda satışın qanunsuzluğu və malların həcmi qeyd olunur, mallar müvəqqəti dövlət nəzarətinə götürülür və qanunla müəyyən edilmiş qaydada ya məhv edilir, ya da satışa çıxarılır.

Yəni, dövlət əməkdaşının məqsədi qanunsuz ticarətin qarşısını almaq olmalı, əməliyyat şəffaf və qanuni şəkildə həyata keçirilməlidir, həmçinin satıcının müdafiə hüquqları qorunmalıdır”.

Chosen
62
hafta.az

1Sources