EN

Hikmət Rəhimovun serialına yenidən icazə verildi

"Səkkiz" serialının yayımı bərpa olunub.

Ölkə.Az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov paylaşım edib.

“Şükür qayıtdı. Yayımı bərpa olundu.

Dövlət həm yaradıcı heyətə,həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan,həm yaradıcı heyətə adından onlara təşəkkürümüzü bildiririk.

Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”.

"Səkkiz"in ikinci seriyası şənbə günü yanvar ayının 24 saat 23:00-da yayımlanacaq.

Qeyd edək ki,  "Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Birinci seriyası ARB-nin efirində yayımlandıqdan sonra serialının yayımı televiziyada və yutubda da dayandırılıb.
Buna səbəb isə serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədilməsi olub. Audiovizual Şuranın həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb. 

Billurə
 

Chosen
125
5
olke.az

7Sources