EN

Qurban Qurbanov üçün 500-cü qələbə! – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Təcrübəli mütəxəssisin yubileyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna təsadüf edib.

Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qurban Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007-ci illər mövsümündə “Neftçi”nin “sükanı arxasında” əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
59
11
arena.az

10Sources