EN

İspaniyada daha bir dəmir yolu qəzası baş verib

Bakı, 22 yanvar, AZƏRTAC

Cümə axşamı İspaniyanın cənub-şərqində şəhərətrafı qatar kranla toqquşub. Bu barədə ölkənin fövqəladə xidmətləri məlumat verib.

AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanlarının bildirdiyinə görə, Mursiya regionunda yerləşən Kartaxena liman şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində bir neçə nəfər yüngül xəsarətlər alıb.

“Qatar aşmayıb və relsdən çıxmayıb”, - deyə Mursiya şəhər fövqəladə xidmətlərinin nümayəndəsi bildirib.

İspaniya bazar günü ölkənin cənubunda yerləşən Əndəlüs regionunda sürətli qatarların toqquşması nəticəsində azı 43 nəfərin həlak olduğu faciənin təsirindən hələ də tam ayılmayıb.

İki gün sonra güclü yağış səbəbindən Barselona şəhəri yaxınlığında dəmir yolu xətti üzərinə divarın uçması nəticəsində şəhərətrafı qatar relsdən çıxıb. Hadisə nəticəsində maşinist həlak olub, dörd sərnişin isə ağır xəsarətlər alıb.

Bu hadisədən sonra və çərşənbə axşamı ölkənin şimal-şərqində yerləşən Kataloniya regionunda baş vermiş ikinci toqquşmanın ardından qatar maşinistlərinin əsas həmkarlar ittifaqı təhlükəsizlik standartları ilə bağlı ümummilli tətil elan edib.

Chosen
144
1
azertag.az

2Sources