GƏNCƏ, 22 yanvar. TELEQRAF
Gəncədə üç avtomobilin iştirakı yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Nizami prospektində qeydə alınıb.
"Opel", "Ford" və daha bir avtomobil bir-birinə dəyib. İki nəfər yaralanıb.
Faktla bağlı araşdırma başlanılıb.