EN

Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb

Bakı. Trend:

Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Başkatibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndəheyəti ilə görüşüb.

Bu barədə Trend-ə MilliMəclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davamedən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün vətəhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksəkqiymətləndirilib.

Söhbət zamanı, tərəflər arasında mövcud davamlı və məzmunlusiyasi dialoqun əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Prezidentİlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiqBaş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri,aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamikagətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisikimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı vəöhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizinAlyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti,regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətivurğulanıb.

Görüşdə daha sonra Azərbaycanın Alyansın enerji təhlükəsizliyinəverdiyi töhfə diqqətə çatdırılaraq, bildirilib ki, ölkəmiz hazırdaNATO üzvü olan 10 dövlətə və 2 tərəfdaş ölkəyə təbii qaz tədarükedir ki, bu da enerji təhlükəsizliyinin milli təhlükəsizliyinayrılmaz hissəsinə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsbedir. Spiker həmçinin Azərbaycanın Orta Dəhlizdə mühüm tranzitrolunu vurğulayaraq, bunun regionda sabitliyə və əməkdaşlığa mühümtöhfə verdiyini qeyd edib.

Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinətoxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin özsuverenliyini bərpa edərək, bölgədə yeni reallıqlar yaratdığınıbildirib. Qeyd olunub ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxışedib, Vaşinqton Sammitindən sonra Ermənistanla əməkdaşlığınirəlilədilməsi üzrə ardıcıl və praktik addımlar atıb.

NATO Baş katibinin müavini Radmila Şekerinska AlyansınAzərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini vətərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyinibildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramıçərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O,Azərbaycanın NATO ilə əməkdaşlığa və Alyansın üzv ölkələrininenerji təhlükəsizliyinin təminin olunması istiqamətində verdiyimühüm töhfələrə görə təşəkkürünü çatdırıb və tərəfdaşlığıngələcəkdə də uğurla davam edəcəyini vurğulayıb.

Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh vəmünasibətlərin normallaşdırılması üzrə proses ilə bağlıtəbriklərini çatdırıb.

Söhbətdə Milli Məclislə NATO Parlament Assambleyası arasındaəlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıqperspektivləri nəzərdən keçirilib.

Məqalədə:
Chosen
81
27
az.trend.az

10Sources