EN

32 yaşlı azərbaycanlı Moskvada qəzada həlak oldu

Salyan rayon sakini Moskvada avtomobil qəzasında həlak olub.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.

1994-cü il təvəllüdlü Faiq Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.

Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi planlaşdırılır.

Chosen
55
10
publika.az

10Sources