EN

Yaponiyada yoxa çıxmış helikopteri aktiv vulkan kraterində aşkarladılar

Bakı. Trend:

Yaponiyada itkin düşən turistik helikopterin dağıntıları Asovulkanının kraterində tapılıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyatvə Turizm Nazirliyi (MLIT) ölkənin cənub-qərbində yerləşən Kumamotoprefekturasındakı Aso vulkanı ərazisində aparılan axtarış işlərininson vəziyyəti bərədə ictimaiyyəti məlumatlandırıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Nakadake krateridaxilində helikopter gövdəsinə bənzər, ciddi zədələnmiş bir obyektaşkar edilib və aparılan araşdırma nəticəsində bu qalıqların birgün əvvəl itkin düşən turistik helikopterə aid olduğutəsdiqlənib.

Helikopterdə bir pilot və iki Tayvanlı turistin olduğu qeydedilir. Güclü vulkanik qazlar və çətin relyef şəraiti səbəbindənpilot və sərnişinlərə çatmaq üçün axtarış-xilasetmə əməliyyatlarıhələ də davam edir.

Məqalədə:
Chosen
90
az.trend.az

1Sources