İsveçdə kral XVI Karl Qustavın bacısı, şahzadə Desire 87 yaşında vəfat edib.
Â
Sitat.info xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.
Â
Bildirilib ki, şahzadə Vestergetland əyalətindəki Koberq qalasında ailəsinin əhatəsində ölüb.
Â
Kral bacısının vəfatı ilə əlaqədar başsağlığı verib və Drottningholm və Haqa saraylarında bayraqların yarıya qədər endirilməsini əmr edib.
Â
Şahzadənin dəfn mərasiminin tarixi və yeri ilə bağlı məlumat daha sonra açıqlanacaq.