EN

Vinisius Junior Çempionlar Liqasında həftənin futbolçusu seçilib

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, Madridin “Real” klubunun cinah hücumçusu Vinisius Junior həftənin futbolçusu seçilib.

Braziliyalı vinger “Monako”ya qarşı keçirilən oyunda (6:1) yüksək məhsuldarlıq nümayiş etdirib. O, həmin qarşılaşmada 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Səsvermədə Vinisius “Atletik”in yarımmüdafiəçisi Robert Navarronu ( “Atalanta” ilə oyunda 1 qol, 2 assist – 3:2), “Barselona”nın futbolçusu Fermin Lopesi ( “Slaviya” ilə görüşdə dubl – 4:2) və “Sportinq”in hücumçusu Luis Suaresi (PSJ ilə matçda dubl – 2:1) qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior cari mövsüm Çempionlar Liqasında keçirdiyi 7 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Chosen
26
90deqiqe.az

1Sources