Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, 10-cu tur çərçivəsində "AZERRAIL" klubu "Gəncə" ilə, "Abşeron" isə "DH Volley" ilə üz-üzə gəlib. 

Hər iki qarşılaşma AVF-nin idman zalında təşkil olunub. İlk görüşdə Gəncə təmsilçisi 3:1 hesabı ilə, növbəti matçda "DH Volley" 3:0 hesabı ilə qələbə qazanıblar. 


Yüksək Liqa 

22 yanvar 

X tur

   "AZERRAIL" - "Gəncə" 1:3

   "Abşeron" - "DH Volley" 0:3