EN

Bəzi ərazilərdə işıq olmayacaq

Yanvarın 23-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

 

RETSİ-dən verilən məlumata görə, "Düylün" 35/10 kV-luq yarımstansiyadan çıxan "Aza" 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.

 

İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Tarix: 22 Yanvar 2026, 23:54   
Chosen
63
15
pravda.az

10Sources