O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib. 90 dəqiqə meydanda olan Elvin Cəfərquliyev bir məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.