RU

"Qarabağ"ın futbolçusu rəmzi komandada yer aldı -

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi komandasına daxil edilib. Metbuat.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.

O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib. 90 dəqiqə meydanda olan Elvin Cəfərquliyev bir məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.

Избранный
85
9
metbuat.az

10Источники