EN

Emeri Avropa Liqasında 100-cü oyununu keçirib

İngiltərənin “Aston Villa” klubu Avropa Liqası çərçivəsində Türkiyənin “Fənərbağça” komandasına qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu oyun Birmingem təmsilçisinin baş məşqçisi Unai Emeri üçün xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, ispan mütəxəssis Avropa Liqasında 100-cü oyununa çıxıb. Emeri 2009-cu ildə turnirin UEFA Kubokundan Avropa Liqasına çevrilməsindən sonra bu göstəriciyə çatan ilk baş məşqçi olub.

Qeyd edək ki, Unay Emeri Avropa Liqasının tarixində ən titullu məşqçi hesab olunur. O, bu turniri 4 dəfə qazanıb: 3 dəfə “Sevilya”, 1 dəfə isə “Vilyarreal” ilə.

Xatırladaq ki, bask mütəxəssis “Aston Villa”nın baş məşqçisi postuna 2022-ci ilin payızında təyin edilib.

Chosen
29
90deqiqe.az

1Sources