EN

Tramp: Ukrayna münaqişəsinin nizamlanması üçün bütün tərəflər güzəştlərə gedir

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması məqsədilə bütün tərəflərin güzəştlərə getdiyini bildirib.

APA xəbər verir ki, o, bu mövqeni Davosdan Vaşinqtona uçuş zamanı təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Rusiyanın mövqeyi ilə bağlı suala cavab verən Tramp Moskvanın da güzəştlərə gedəcəyinə əminliyini ifadə edib.

“Hamı buna son qoymaq üçün güzəştlərə gedir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Chosen
16
1
apa.az

2Sources