EN

Trampdan KRİTİK AÇIQLAMA

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər “ehtiyat tədbiri olaraq” İran istiqamətində hərəkət edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

“Bizim çoxlu sayda gəmimiz həmin istiqamətə — hər ehtimala qarşı yollanır. Böyük bir donanma həmin istiqamətdə irəliləyir, görək nə baş verəcək. Böyük qüvvələr İrana doğru irəliləyir”, – deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri qeyd edib ki, son nəticədə heç nə baş verməməsini üstün tutardı. O əlavə edib ki, Vaşinqton vəziyyəti çox diqqətlə izləyir.

Yanvarın 22-də Davosda “Sülh Şurası”nın təsis mərasimində çıxış edən Tramp İranın ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib.

Chosen
119
publika.az

1Sources