EN

Qızıl rekord bahalaşdı: qramı 160 dollara çatıb

Qızılın qiyməti tarixi rekordunu yeniləməkdə davam edib.

Modern.az xəbər verir ki, dünya birjasında fevral ayı üçün qızıl unsiyasının qiyməti 4955 dollara yüksəlib.

Gümüş də bahalaşaraq 99,19 dollar səviyyəsinə çatıb.

Qeyd edək ki, qızıl qiymətlərində müşahidə olunan artım əsasən qlobal bazarlarda risk iştahasının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah olunur.

Chosen
28
4
modern.az

10Sources