EN

“İran istiqamətində hərəkət edən bir “armadamız” var” – Tramp


“Birləşmiş Ştatların İran istiqamətində hərəkət edən bir “armadası” var, lakin ümid edirəm ki, ondan istifadə etmək məcburiyyətində qalmayacağıq”.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, bunu Davosdan qayıdarkən təyyarədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.
“Ehtiyat üçün həmin istiqamətə çoxlu gəmilər göndəririk. Mən heç nəyin baş verməsini istəməzdim, amma onları çox diqqətlə izləyirik,” — Tramp bildirib.
O, eyni zamanda Tehrana etirazçıların öldürülməməsi və nüvə proqramının yenidən başladılmaması ilə bağlı xəbərdarlıqlarını yeniləyib.
Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin sözlərinə görə, “USS Abraham Lincoln” aviadaşıyan gəmisi və bir neçə idarəolunan raketli esmines yaxın günlərdə Yaxın Şərqə çatacaq.
Chosen
134
26
yeniavaz.com

10Sources