EN

"Santos"un oyunçusu London klubu ilə anlaşdı - RƏSMİ

Braziliyalı sol cinah müdafiəçisi Souza karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, o, "Santos"dan "Tottenhem"ə keçib. 

London klubu 19 yaşlı futbolçunun transferini rəsmi saytında açıqlayıb. 

Məlumata görə, transfer "Tottenhem"ə 15 milyon avroya başa gəlib. 

Braziliyalı futbolçu ilə 2031-ci ilin ortalarına qədər müddətə müqavilə imzalanıb. 

Souza "Santos"un əsas komandasında 38 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib. Müdafiəçi Braziliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür. 

"Tottenhem" 22 oyundan sonra Premyer Liqanın  turnir cədvəlində 14-cü yerdədir. Tomas Frankın komandası şənbə günü səfərdə "Börnli" ilə qarşılaşacaq.

Chosen
23
1
fanat.az

2Sources