EN

ABŞ Qrenlandiyadakı hərbi gücünə qoyulan məhdudiyyətləri aradan qaldırmaq istəyir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ 1951-ci ildə Danimarka ilə imzalanmış müdafiə sazişinə yenidən baxmağı planlaşdırır. Məqsəd Qrenlandiyadakı Amerika hərbi mövcudluğuna dair mövcud məhdudiyyətləri ləğv etməkdir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırkı sazişə əsasən Vaşinqton Qrenlandiyada ABŞ-ın hərbi əməliyyatlarında və ya obyektlərində hər hansı mühüm dəyişiklik etməzdən əvvəl Danimarka və Qrenlandiya ilə məsləhətləşməli və onları məlumatlandırmalıdır. ABŞ isə indi bu müddəaların yenidən işlənməsini və öz planlarının heç bir məhdudiyyətlə üzləşməməsini istəyir.

Agetliyin verdiyi məlumata gərə, Danimarka və Qrenlandiyanın bu dəyişikliklərlə razılaşıb-razılaşmayacağı hələlik məlum deyil. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli agentliyə bildirib ki, “razılaşmanın detalları bütün tərəflər onları razılaşdırdıqdan sonra açıqlanacaq”.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq saziş imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
bizimyol.info

1Sources