EN

Monqolustandakı azərbaycanlılar...

Yəqin ki, Monqolustanda yaşayan azərbaycanlılarla bağlı məlumat çoxları üçün maraq doğurur.

Bu ölkədə nə qədər yaşayır, onlar Monqolustana necə gediblər?

Modern.az saytı rəsmi və şəxsi məqsədlərlə Monqolustanda yaşayan Azərbaycan vətəndaşlarının sayı barədə məlumat əldə edib.

Hazırda bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olan şəxslərdir. Belə ki, hazırda Monqolustanda 15 nəfər Azərbaycan vətəndaşı işləyir.

Bundan başqa, 5 nəfər investor, 3 nəfər ailə üzvü kimi, 2 nəfər tələbə və 1 nəfər miqrant statusu ilə Monqolustanda yaşayır.

Qeyd edək ki, məlumatlar Monqolustan Miqrasiya Agentliyinin (Əcnəbilər və Vətəndaşlıq üzrə Qurum) rəsmi statistik göstəricilərinə əsaslanır və 2025-ci ilin dekabr ayına olan vəziyyəti əks etdirir.

Chosen
20
modern.az

1Sources