EN

Tramp bu ölkənin Sülh Şurasına üzv olmaq dəvətini geri götürdü

ABŞ prezidenti Donald Tramp Kanadanın "Sülh Şurası"na qoşulmaq üçün etdiyi dəvəti geri götürdüyünü bildirib.

Adalet.az  xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. 

Tramp paylaşımında Kanadaya qoşulmaq dəvətini geri götürdüyünün təsdiq edib.  

 Xatırladaq ki, 22 yanvar tarixində Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan da daxil olmaqla, 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülhün təmin olunması məqsədilə yaradılan "Sülh Şurasının Nizamnaməsi"ni imzalayıb. Tramp bildirib ki, təşkilata digər dövlətlər də qoşulub. Sülh Şurası Qəzza sektorunun idarə olunması üçün yaradılıb, lakin onun digər regionlarda münaqişələrin qarşısının alınması və həll olunması ilə də məşğul olması nəzərdə tutulur.

Chosen
19
adalet.az

1Sources