EN

Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər (Özəl)

Bakı. Trend:

Hazırda Azərbaycanda müşahidə olunan qar sürüşmə risklərinimüvəqqəti olaraq azaldıb. Qar yağışı zamanı süxurlara su sızmasızəif olduğu üçün qış aylarında sürüşmə zonalarında nisbi sakitlikmüşahidə edilir.

Bunu Trend-əaçıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutununLandşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiriMirnuh İsmayılov bildirib.

Onun sözlərinə görə, qar əridikdən və ya intensiv yağışlaryağarsa, vəziyyət dəyişə bilər:

"Atmosfer çöküntülərinin artması süxurların su ilə doymasınasəbəb olur ki, bu da laylar arasında əlaqələrin zəifləməsinə vətorpaq sürüşmələrinin fəallaşmasına gətirib çıxara bilər. Beləhallarda yol çökmələri və ətraf ərazilər üçün təhlükəli vəziyyətləryarana bilər.

Xüsusilə Böyük Qafqazın Şimal-Şərq yamacları, eləcə də Quba,Qusar, Siyəzən, Qobustan, Şamaxı və İsmayıllı rayonları sürüşməbaxımından ən riskli ərazilər hesab olunur. Qarın tədricən əriməsiilə bu zonalarda sürüşmə ehtimalı arta bilər".

Mirnuh İsmayılov qeyd edib ki, hazırda ölkənin alçaq dağlıqərazilərindən yüksək dağlıq zonalara qədər geniş ərazilərin qarlaörtülməsi səbəbindən ciddi sürüşmə təhlükəsi qeydə alınmır.

Chosen
159
13
az.trend.az

10Sources