EN

Çexiyalı mütəxəssislər Əbu-Dabidə keçirilən sərgidə tutucu-dron təqdim ediblər

Çexiyanın TRL Drone şirkəti Əbu-Dabidə keçirilən UMEX 2026 sərgisində mübahisəli hava məkanında PUA-ları ovlamaq üçün yeni tutucu-dron təqdim ediblər.

Herbiand.az xəbər verir ki, TLR-X adını almış aparat modul dizayna və 1,74 metrlik qanad genişliyinə malikdir. 10 kq faydalı yük daşıyır və missiya məqsədlərindən asılı olaraq konfiqurasiya oluna bilər.

Aparat 450 km/saat sürətlə uça bilər (maksimum sürət təxminən 500 km/saatdır), bu da yüksək sürətli hədəflərdən geri qalmamağa imkan verir. 200 km-dən çox məsafə uçmaqla 45 dəqiqə havada qala bilər.

TLR-X kiçik kvadrokopterlərdən tutmuş aşağıdan uçan helikopterlərə qədər müxtəlif ölçülü hədəfləri vura bilir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
13
herbiand.az

1Sources