EN

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji dəhlizi üzrə məsləhətçi seçimi başlayır

Yaxın vaxtlarda "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi seçiminə başlanılacaq.

"Report" xəbər verir ki, bunu "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsinin baş direktoru Tural Əliyev ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, layihə ilə bağlı texniki tapşırıq artıq hazırdır və yaxın vaxtlarda texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün məsləhətçi seçimi proseduru başlanacaq.

Xatırladaq ki, 2025-ci ilin aprelin 4-də "Azərbaycanın Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstanın Energetika Nazirliyi arasında "yaşıl elektrik enerji"sinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. İmzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında baş tutub.

Sənədə əsasən, dörd ölkənin energetika nazirlikləri enerji sistemlərinin modernləşdirilməsi imkanlarının öyrənilməsi və elektrik enerjisinin ötürülməsi və ticarəti imkanlarının genişləndirilməsini ehtiva edən birgə investisiya layihələrinin həyata keçirilməsi üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə kömək edəcək. Memorandum enerji infrastrukturunun təkmilləşdirilməsini və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması ilə bağlı tədbirləri nəzərdə tutur.

Chosen
25
far.az

1Sources