EN

Rəhbərliklə şərt kəsdi - Komandanı Avropaya apara bilməsəm, istefa verəcəm

«Araz-Naxçıvan»ın yeni baş məşqçisi Andrey Demçenko klub rəhbərliyi qarşısında öhdəlik götürüb.

Yanvarın 5-dən komandanı idarə edən ukraynalı çalışdırıcı mövsümün sonunda avrokuboklara vəsiqə qazanacaqlarına söz verib.

O, Premyer Liqada ən pis halda dördüncü yeri tutacaqlarını vəd edib.

49 yaşlı mütəxəssis iddia eləyib ki, sərəncamındakı heyət kifayət qədər güclüdür, sadəcə, futbolçuların potensialından düzgün yararlanmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaq və taktiki planda müəyyən dəyişiklər etmək lazımdır.

Ölkəmizdə gələnədək Qazaxıstanda «Jenis»in sükanı arxasında olmuş Demçenko bildirib ki, qarşısına qoyulan məqsədə çatmasa, iyunda vəzifəsindən istefaya gedəcək, müqavilənin 1 illik nəzərdə ttulmuş ikinci hissəsinin qüvvəyə minməsini istəməyəcək.

«Araz-Naxçıvan» 2024-cü ilin aprelindən 2025-ci ilin sonunadək Elmar Baxşıyevin ixtiyarında olub. Cari mövsümün ilk yarısında qeydə alınan uğursuz nəticələrə görə o, vəzifəsindən uzaqlaşdırılıb.

SPORTİNFO.AZ

Chosen
25
sportinfo.az

1Sources