EN

ABŞ-nin vitse-prezidenti İranı hədələdi:Tehran səhvə yol verəcəyi təqdirdə...

ABŞ lazım gələcəyi təqdirdə İrana cavab vermək üçün Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib.

Xezerxeber.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu “Newsmax” xəbər platformasına müsahibəsində deyib.

“Prezident Donald Trampın çoxlu variantı var. Onun nə edəcəyini dəqiq demək istəmirəm, lakin biz regiona çoxlu qüvvələr cəmləmişik”, - deyə siyasətçi ABŞ-nin İrana qarşı siyasətini müzakirə edərkən bildirib.

Vitse-prezidentin sözlərinə görə, Tehran səhvə yol verəcəyi təqdirdə Vaşinqtonun ona cavab vermək üçün regionda lazımi resursları var.

Xatırladaq ki, bir müddət öncə Donald Tramp ABŞ-nin İrandakı vəziyyəti diqqətlə izlədiyini və regiona hərbi gəmilər də daxil olmaqla əhəmiyyətli qüvvələr göndərdiyini vurğulamışdı.

Chosen
19
3
xezerxeber.az

4Sources