EN

Zelenski Davosdakı sülh danışıqlarının təfərrüatlarını açıqladı


Davosda keçirilən sülh danışıqlarında ərazi məsələləri ilə bağlı razılıq əldə edilməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, sabah Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək üçtərəfli görüşdə tərəflər Ukraynanın şərqindəki ərazilərlə bağlı variantları təqdim edə bilərlər.
Digər tərəfdən, Zelenski “Telegram” kanalında Ukrayna hökumət nümayəndələrinin Davosda keçirilən Dünya İqtisadi Forumundan yeni hava hücumundan müdafiə paketi ilə bağlı razılaşmalarla qayıtdıqlarını bildirib.
Zelenski yanvarın 22-də Davos Forumunda çıxış edib. O, Ukrayna münaqişəsi bitdikdən sonra ölkəyə Avropa hərbi kontingentlərinin yerləşdirilməsinin vacib olduğunu bildirib. O, həmçinin bildirib ki, münaqişənin bitməsi ilə bağlı sənədlər demək olar ki, hazırdır.
Chosen
121
1
yeniavaz.com

2Sources