EN

ABŞ qoşunlarını Suriyadan tamamilə çıxaracaq

Rəsmi Vaşinqton ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması ehtimalını nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə Wall Street Journal qəzeti məlumat yayıb.

“Suriya prezidenti Əhməd əl-Şaraa ABŞ tərəfindən dəstəklənən kürd milislərini ölkənin şimal-şərqinə nəzarətdən məhrum etmək üçün addımlar atdığına görə Vaşinqton ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması ehtimalını nəzərdən keçirir”, - qəzetə adları açıqlanmayan ABŞ rəsmiləri bildiriblər.

Bu addım 2014-cü ildə başlayan ABŞ-ın Suriyadakı əməliyyatına son qoyacaq.

Qəzetin məlumatına görə, Suriyanın şimal-şərqindəki müxtəlif obyektlərə səpələnmiş təxminən 1000 ABŞ əsgəri var. Bildirilir ki, “Suriya Demokratik Qüvvələri” (PKK terror təşkilatının uzantısı-red.) tamamilə ləğv edilərsə, ABŞ rəsmiləri ABŞ qoşunlarını Suriyada saxlamaq üçün heç bir səbəb görmür.

Chosen
55
2
modern.az

5Sources