
ABŞ Prezidenti Donald Tramp əlindəki göyərmələrin səbəbini açıqlayıb.
Yeniavaz.com Ağ Evə istinadla xəbər verir ki, o, bu barədə Davosdan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Tramp əlindəki göyərmənin masaya dəydikdən sonra yarandığını qeyd edib.
“Bir az krem çəkdim, amma yenə də qaldı”, - Amerika lideri bildirib.
Tramp həmçinin çoxlu miqdarda aspirin qəbul etdiyini bidirərək, aspirinin zərərli təsirləri barədə xəbərdarlıq edib.