EN

İspanya rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə bağlılığını bir daha təsdiqləyib

Bakı. Trend:

Biz parlamentlərarası əməkdaşlığı yalnız ikitərəfli səviyyədədeyil, həm də beynəlxalq və Avropa forumlarında artırmağınmarağındayıq.

Trend xəbərverir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədriFransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova iləbirgə keçirdiyi brifinqdə deyib.

Spiker bildirib ki, parlamentlər demokratik dəyərlərinqorunmasında, sülh proseslərinin müşayiətində və xalqlarımızarasında davamlı əlaqələrin qurulmasında açar rol oynayır:

“İnsanların həyatını yaxşılaşdırmaq üçün işlər parlamentlərdəaparılır, cəmiyyətimizi inkişaf etdirmək yolları məhz buradaformalaşdırılır. Bu gərginlik və qeyri-sabitlik dövründə biziməlaqələrimiz mümkün gələcək üçün həlledici ola bilər. Beləliklə,ölkəmiz bu regionda sabitlik, sülh və anlaşmaya, eləcə dəAzərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinəbağlılığını bir daha təsdiqləyir”.

Chosen
156
1
az.trend.az

2Sources