Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən 23 yanvar tarixində“Qarabağa Qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdam rayonundauşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayanuşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika vəprofilaktik tədbirlərin aparılması, habelə regionda səhiyyəxidmətlərinin əlçatanlığının artırılmasıdır.
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun həkim heyəti tərəfindən Ağdam rayonunda ümumilikdə200-ə uşaq kompleks müayinələrdən keçirilib. Müayinələr pediatr,uşaq kardioloqu, nevroloq, otorinolarinqoloq (LOR), oftalmoloq, USMhəkimi və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Uşaqlaraaşağıdakı müayinə və prosedurlar həyata keçirilib:
- Ümumi kliniki müayinə və antropometrik ölçülər
- Ürəyin USM (exokardioqrafiya)
- Qarın boşluğu orqanlarının USM
- Görmə və eşitmə müayinələri
- Nevroloji statusun qiymətləndirilməsi
Səhiyyə Nazirliyi və institut tərəfindən həyata keçirilən butədbir “Böyük Qayıdış” prosesinin səhiyyə komponentiningücləndirilməsinə xidmət edir və gələcəkdə digər rayonlarda daanaloji aksiyaların keçirilməsi nəzərdə tutulur.