EN

"Bakıda 11 evim, 26 maşınım var"

Fərda Aminin var-dövlət açıqlaması studiyada gülüş doğurdu

Milli.Az xəbər verir ki, aktyor qonaq olduğu televiziya verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.

Sənətçi Bakıda 11 evi, 26 avtomobili və 43 bağ sahəsinin olduğunu bildirib:

"Bakıda 11 dənə evim var. 26 maşınım, 43 bağım var. Onların hamısını birləşdirib 20 edəcəyəm, sayları çoxdur, gəzib qurtara bilmirəm", - deyə o, qeyd edib.

Bir qədər sonra Fərda Aminin bu sözləri zarafatla dediyi məlum olub. Sözügedən anlar studiyanın qonaqları və aparıcı tərəfindən gülüşlə qarşılanıb.

Qeyd edək ki, aktyorun zarafatla etdiyi açıqlama sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Musa
Milli.Az

Chosen
14
5
milli.az

7Sources