EN

Adil Kərimli Ağsuda vətəndaş qəbulu keçirib

Mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşları qəbul edib.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Chosen
31
4
sia.az

10Sources