EN

Trendyol və PAŞA “Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “PAŞA Holding”lə birlikdə ölkə ərazisində həyata keçirdiyi genişmiqyaslı ağacəkmə kampaniyasının ikinci mərhələsini uğurla yekunlaşdırıb.

Publika.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu təşəbbüs hər iki şirkətin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətində davamlı fəaliyyətinin bir hissəsidir. Layihə çərçivəsindəötən il ərzində respublikanın bir sıra bölgələrində ardıcıl şəkildə yaşıllaşdırma işləri aparılıb. Kampaniyanın birinci mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

İkinci mərhələdə isə, Bərdə, Ağcabədi, Zaqatala, Zərdab və Ağdaş rayonlarında aparılan meşəbərpa işləri çərçivəsində 3 hektardan böyük ərazidə, Lerik rayonunda 1.2 hektar, Qax və Quba rayonlarında ümumilikdə 2 hektar sahədə yaşıllaşdırma işləri davam etdirilib.

Sonrakı mərhələdə Şəmkir, Xaçmaz, Sabirabad, Şabran, Lerik, Masallı, Qax, Tovuz, Yevlax, Şirvan, Şabran, Xaçmaz, İsmayıllı, Zaqatala, Ağcabədi, Goranboy, Masallı, Qubadlı, Daşkəsən və Qəbələ rayonlarında aparılan meşəbərpa tədbirləri nəticəsində 8 hektar ərazidə 3000-nə yaxın ağac əkilib.

Sabirabad, Ağcabədi, Daşkəsən, Qobustan, Lerik, Astara, Zaqatala, Şəki, Şəmkir, Tovuz Oğuz, Quba, Gədəbəy, Lənkəran, Şəmkir, Göygöl, Ağcabədi rayonlarında aparılan yaşıllaşdırma tədbirləri isə 5 hektardan çox ərazini əhatə edib.

Chosen
156
8
publika.az

9Sources